R.Kubitsa istənilən təklifi nəzərdən keçirməyə hazırdır

Robert Kubitsanın menecerinin sözlərinə görə, BMW-nin Formula1-i tərk etməsi qərarı Robertin rəsmən azad olunması deməkdir. Dünən Bavariya konserninin rəhbərliyi gözlənilməz […]

Robert Kubitsanın menecerinin sözlərinə görə, BMW-nin Formula1-i tərk etməsi qərarı Robertin rəsmən azad olunması deməkdir. Dünən Bavariya konserninin rəhbərliyi gözlənilməz bəyanat verərək, mövsümün sonunda BMW-nin Formula1-də fəaliyyətini dayandırmasını elan edib. Komandanın və personalın gələcək taleyi barədə qərar hələ qəbul olunmayıb…

Formal olaraq Kubitsa BMW ilə gələn mövsümün sonuna qədər müqavilə bağlayıb, amma indi polşalı sürücünün perspektivi naməlumdur. Belə bir vəziyyətdə onun meneceri Daniele Morelli bildirib ki, Robert istənilən təklifi nəzərdən keçirməyə hazırdır…

Daniele Morelli: “Heç kim hadisələrin belə inkişafını gözləmirdi. Biz bunu nəzərə almamışdıq. Robertin gələn ilin sonuna qədər komanda ilə müqaviləsi var, amma indi o bu öhdəliklərdən azaddır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*