R.Kubitsa ilk addımlarını atıb

Robert Kubitsanın Andorra Rallisindəki ağır qəzasından iki ay keçir – həkimlər polşalı sürücünün həyatını xilas edə bildilər və hazırda sürücü […]

Robert Kubitsanın Andorra Rallisindəki ağır qəzasından iki ay keçir – həkimlər polşalı sürücünün həyatını xilas edə bildilər və hazırda sürücü bərpa prosedurların davam etdirir.

Qəza zamanı Robertin sağ qolu, çiyni və ayağı ciddi zədələnmişdi, metal qoruyucu lövhənin ilk zərbəsi sürücünün dizini dağıtdığından bu gün qədər Robert hələ ayağa qalxmamışdı. Dünən həkimlər ona qəzadan sonra ilk addımlarını atmağa icazə veriblər. Düzdür, bədəninin əsas ağırlığını sürücü sağlam sol ayağına salıb, sağ ayağı isə hələlik 30% yükləmək olar.

Polşalı sürücü hələ də palatadadır, onun yanına heç kimi buraxmırlar. Sürücünün azarkeşləri ilə onun qız rəfiqəsi Edita Vitas görüşür – Edita həmişə Robertin yanındadır, Avstraliya Qran Prisini də bir yerdə izləyiblər. Sürücünün meneceri Dino Morellinin sözlərinə görə, sürücü Albert Parkdakı yarışı “uşaq cizgi filminə” baxan kimi izləyib.

Öz komanda yoldaşı Vitaliy Petrovun çıxışını qiymətləndirən Robert deyib ki, “Petrov özünü polad əsəbləri olan təcrübəli sürücü kimi göstərib və heç bir kiçik səhvə belə yol verməyib…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*