Rikkardonun üzü yenidən güldü (Video)

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Monakoda əldən verdiyi yarışın məyusluğunu az da olsa üstündən atıb. Avstraliyalı sürücü sponsoru Zak Braunun sahibi olduğu və 1980-ci ildə Alan Consa Dünya Çempionluğunu gətirən bolidin sükanın arxasına keçib.

F-1.az xatırladır ki, Rikkardo həftənin ikinci günü Pol Rikar trasında Mika Həkkinen, Devid Kulthard və NASCAR sürücüsü Brayan Vikers kimi Braunun mükəmməl kolleksiyasından həzz alıb.

Daniel Rikkardo: “Bu inanılmazdır, vauuu! Sükanı çox yüngüldür və çox rahatdır. Xüsusən də aşağı sürətdə. Əyləclər də çox yaxşı idi və bolidi yaxşı əyləndirirdilər. Doğrudan da, təsir etdi. Bu, mükəmməl idi, doğrudan da, mükəmməl idi”.

Rikkardo və onun dostları Alan Consun Ford DFV mühərriyi ilə təchiz edilmiş FW07 F1 bolidindən başqa, Braunuu kolleksiyasında olan Roush Ford Mustang və Porsche 935 avtomobillərini də idarə ediblər.

Zak Braun: “Bu gün mənim üçün çox xüsusi bir gündür. Dünyanın ən yaxşı avtomobillərinin bəziləri Dünyanın ən yaxşı sürücüləri olan bəzi dostlarım tərəfindən idarə edilirdi. Bunu izləmək mənə həzz verdi”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*