F-1.az xəbər verir ki, buna baxmayaraq o, Pyer Qaslidən ümidlidir.
Pol Martin: “Daniel olmasaydı, Survive Drive olmazdı. Söhbət etdiyimiz ilk sürücü, çəkiliş qrupunu Avstraliyadakı evinə ilk dəvət edən o oldu. Onun təqaüdə çıxmasına çox emosional reaksiya verdim.
Ümid edirəm ki, Pyer Qasli onu əvəz edə bilər. Onunla işləmək maraqlıdır, inanılmaz hekayəsi var. Onun Red Bull Racing-dən Toro Rosso-ya necə transfer edildiyini xatırlayırıq, dostu Antuan Uberin faciəvi ölümünü xatırlayırıq. Bu il rəqabətədavamlı maşının sükanı arxasında yenidən şans qazanacaq!
Serialımız boyunca o, sürücü və bir insan kimi böyüdü. Düşünürəm ki, Danielin gedişindən sonra qalan boşluğu doldura bilər”.