Rikkardo xəstəxanaya aparılıb

İkinci sərbəst yürüşlərdə qəza edərək zədələnən Daniel Rikkardo xəstəxanaya aparılıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü gözlənilmədən qəza edib. Belə ki, Oskar Piastri üçüncü döngədə bolidin idarəetməsini itirərək, bariyerlərə çırpılıb. O əsnada Rikkardo onun arxası ilə gəlirdi.

Avstraliyalı sürücü Piastriya çırpılmamaq üçün sağdakı bariyerlərə doğru hərəkər edib və o da bariyerlərə çırpılıb. Təmasdan sonra 34 yaşlı sürücünün biləyi zədələnib. Bunun da əsas səbəni Rikkardonun çırpılma anında sükanı tutması olubx

Əgər onun sağ əli qırılıb və ya zədələnibsə, həftəsonundan çəkilməli olacaq. Bəzi dedi-qodulara görə onu Liam Louson əvəz edəcək.

Lakin Red Bull komandasınən idman məsləhətçisi Helmut Matko bu iddiaları rədd edib: “Hələ vəziyyətin nə olduğunu bilmirik, amma Rikkardo çox ağrıyır. Belə görünür ki, əli böyük zərbə alıb, amma diaqnozu gözləyirik. Bu, yeni haldır. Rikkardonun maşını sürüb-sürməyəcəyini öyrənənə qədər gözləyəcəyik və sonra nə edəcəyimizin müzakirəsini aparacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*