Rikkardo ümid edir ki, son şansını əldə edəcək

Daniel Rikkardo Formula1-də gələcəyi qeyri-müəyyən görünən sürücülər arasındadır, xüsusilə Helmut Markonun Red Bull-un artıq Liam Louson haqqında qərar verdiyini bildirməsindən sonra.

F-1.az xəbər verir ki, gənc yenizelandiyalının Yuki Tsunodanın Visa RB-də yeni komanda yoldaşı olması istisna deyil, baxmayaraq ki, yapon sürücü ilə müqavilə iyunun əvvəlində təsdiqlənmişdi.

Lakin son vaxtlar Serxio Peresin Red Bull-dakı işləri açıq-aşkar yaxşı getmir – bəlkə də məhz buna görə Daniel hələ də şansını əldə edəcəyinə ümid edir.

Rikkardo Red Bull-da Maks Ferstappenin komanda yoldaşı olduğu vaxtlarda kifayət qədər parlaq çıxış edirdi və bu yadda qalmışdı, lakin sonra avstraliyalı Renault-ya, oradan da McLaren-ə keçəndə onun nəticələri açıq-aşkar aşağı düşdü. Baxmayaraq ki, McLaren-in sükanı arxasında bir qələbə qazanmışdı – bu, üç il əvvəl Monzada baş vermişdi, lakin buna xüsusi şərait səbəb olmuşdu.

Bu mövsümün 14 yarışında Daniel 12 xal qazanıb, komanda yoldaşı Yuki Tsunoda isə, demək olar ki, iki dəfə çox xal toplayıb ki, bu da müəyyən düşüncələrə səbəb olur. Lakin RacingNews365-ə müsahibəsi zamanı Rikkardodan eyni maşınların sükanı arxasında Ferstappen ilə bir daha, bəlkə də son dəfə güclərini sınamaq istəyib-istəmədiyi soruşulduqda o belə deyib:

“Bəli, və mən diplomatik cavab verməyəcəyəm. Əlbəttə ki, istərdim. Amma bilirəm ki, bunu qazanmalıyam. Mənə bunu sadəcə elə-belə verməyəcəklər, amma əgər bunu qazansam və əgər belə bir şans həqiqətən yaranarsa, əlbəttə ki, cəhd etmək istərdim. Ümumiyyətlə, görərik.

İndi mənim real şanslarım varmı? Mən deyərdim ki, yox, amma hər şey dəyişə bilər. Məsələn, Kanadada mən müəyyən təzyiq hiss edirdim və bunun səbəbləri var idi, lakin həmin həftəsonu yaxşı işlədim. Gözlənilmədən mənim haqqımda belə danışmağa başladılar: “O, həqiqətən əvvəlki səviyyəsinə qayıdıb”.

Amma növbəti həftəsonu yaxşı nəticə göstərə bilmirsənsə, səni yenə tənqid edirlər. Beləliklə, həftəsonları müxtəlif cür keçir. Hər sonu əla çıxış etmək istəyirəmmi? Şübhəsiz!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*