Rikkardo Şpilberqdə 115 dövrə vurub

Renault komandası ilk iki yarışın baş tutacağı trasda Daniel Rikkardo ilə xeyli məsafə qət etdib

F-1.az bildirir ki, qaydalar komandalara nümayiş üçün olan təkərlərlə maksimum 100 km qət edə biləcəkləri iki çəkiliş günü istisna olmaqla, maşınlarla işləməyi qadağan edir. Komandalar iki il əvvəlki maşınlardan istifadə edirlər – onlarla məhdudiyyətsiz işləyə bilirlər və funksionallıq baxımından elə də fərqlənmirlər.

Renault komandası Red Bull Rinqdə testlərin ilk gününü başa vurub. Avstraliyalı sürücü R.S.18-lə qısa trasda 115 dövrə (500 km) vurub ki, bu da 1,5 yarış məsafəsi deməkdir.

Renault testlərə sabah komandanın digər sürücüsü Esteban Okonla davam edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*