Rikkardo “Şimal ilməsi”ndə dövrə vuracaq

Red Bull Nürburqrinqin əfsanəvi Nordşlayf adlanan hissəsində nümayiş yürüşləri keçirəcək. Komandanın üçüncü sürücüsü Daniel Rikkardo komandanın maşınını idarə edəcək.

F-1.az xəbər verir ki, bu tədbir Almaniya Dözümlülük Çempionatının Nürburqrinqdəki 12 saatlıq yarışına təsadüf edəcək və sentyabrın 9-da baş tutacaq.

Sonuncu dəfə orada müasir Formula1 texnologiyası 10 il əvvəl olub – Mixael Şumaxer Mercedes maşını ilə trasda dövrə vurub.
Eyni zamanda, Rikkardo və Red Bull-dan başqa Formula1-in digər komandalarının da nümayiş yarışlarında iştirak edəcəyi gözlənilir, lakin bu, hələlik rəsmi təsdiqini tapmayıb.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*