Rikkardo Qətərdə də yarışmayacaq?

AlphaTauri komandasının sürücüsü Daniel Rikkardo Qətər Qran Prisində də sükan arxasına qayıtmaya bilər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Niderland Qran Prisinin ikinci sərbəst yürüşlərində qəza edərək, əlini qırmışdı. Onun Sinqapur Qran Prisində qayıdacağı gözlənilsə də, bu baş verməmişdi.

Əksəriyyət onun Qətərdə yenidən kokpitə qayıdacağını gözləyirdi, amma bərpa prosesi davam etdiyi üçün qayıdış yenə də təxirə salına bilər.

AlphaTauri-nin yarış direktoru Conatan Eddolls bildirib ki, Rikkardonun hərəkət qabiliyyətini və zədənin təsirlərini öyrənmək üçün ona simulyator proqramı tədbiq edəcək.

Conatan Eddols: “Daniel hələ sağalma prosesi keçir. Buna görə də qayıdış barədə hər hansı hədəf qoymuruq. Sağalma prosesi yaxşı gedir. Qayıdışdan əvvəl simulyatorda bəzi işlərimiz olacaq. Onu tez qayıtması üçün tələsdirmirik. Ən pis şey tam sağalmadan qayıtması olardı və bu da problem yarada bilər.

Simulyator maşını, aero yüklərini və bənzər şeyləri çox yaxşı formada təqdim edir. Məncə, son qərarı bizdən başqa məhz o verəcək. Qayıtması üçün ona təzyiq göstərmirik. Hazırda üç sürücüdən ibarət seçimimiz var və buna görə tələsmirik. Əsas hədəfimiz onun sağalmasıdır. Belə olan halda qayıdanda bu mövzudan danışmayacaq”.

Rikkardonun yerinə yenə də Liam Louson yarışacaq. Yeni zellandiyalı sürücü fərqli seriyalara həmişə tez öyrəşib və AlphaTauri-dəki üçüncü həftəsonunda sıralanma turunun son sessiyasına qalıb. O, Sinqapur yarışında ilk xallarını qazanıb.

Conatan Eddolls: “Louson çox tez sürətləndi. Yukinin ona qarşı hələ də üstünlüyü var və bu da təcrübəsinə görə labüddür. Ancaq sıralanma turunda son sessiyaya qalması və çətin idarə olunan maşında xal alması mükəmməldir. Əvvəlki sürücülərə nisbətdə onun potensialını görürük. Danielin sağalmasını gözlədiyimiz vaxtda Lousonla daha çox yarışda işləyəcəyimiz üçün hamımız həyəcanlıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*