F-1.az xəbər verir ki, In the Fast Lane podkastına danışan avstraliyalı sürücü Red Bull ilə müqavilə bağlamazdan əvvəl Mercedes ilə danışıqlar apardığını təsdiqləyib.
Daniel Rikkardo: “Mersedeslə danışıqlar aparmışam və onlara cavab verdikləri üçün minnətdaram, çünki bu variant məni çox maraqlandırırdı. Sonra müzakirələr dayandı və Red Bull variantı ortaya çıxdı. Tədricən hər şey dəqiqləşdi və nəticədə müqavilə imzalandı.
Bilirsiniz, mən Red Bull-da yarışanda Mercedes-ə keçmək istəyirdim, çünki bu komanda güclü idi. Hətta bir neçə dəfə onlarla görüşmüşəm. Nə yaxşı ki, indi də mənimlə görüşməkdən imtina etməyiblər. Çox xoşdu ki, bir neçə yaxşı keçməyən ildən sonra da yüksək səviyyəli komandalar mənə maraq göstərməyə davam edirlər”.