Rikkardo McLaren-ə qayıdacaq?

Artıq məlumdur ki, Daniel Rikkardo köhnə komandası Red Bull-un ehtiyat sürücüsü olmaq üçün müqavilə bağlayıb. Əbu Dabi onun üçün McLaren-də hələki, son yarış olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü komanda yoldaşı Lando Norrisin 113 xalla yeddinci yerdə başa vurduğu mövsümdə yalnızca 35 xal əldə edə bilib. Bununla belə, McLaren Racing-in baş direktoru Zak Braun Rikkardonun komandaya qayıdacağını istisna etmir, lakin bunun üçün o, əvvəlki formasını bərpa etməlidir.

Daniel Rikkardo: “O, bizim komandaya yeddi yarışın qalibi kimi gəlib və artıq səkkiz qələbə ilə ayrılıb. Qayıda bilər, lakin formasını bərpa etməlidir. Düşünürəm ki, bəzən buna bir yarış belə kifayət edə bilər. Məsələn, Hülkenberqin qayıdacağına heç kim inanmırdı. Bunun səbəbi onun istedadına şübhə deyildi, sadəcə çoxdandır ki, yarışmırdı.

Təbii ki, Rikkardonun qayıdacağını istisna etmirəm.Əgər özünəinamı olacaqsa, mütləq əvvəlki formasına qayıdacaq. Bununla belə, Danielin geri dönmək üçün hansı imkanların olacağını proqnozlaşdırmaq çətindir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*