Daniel Rikkardo: “Mövsüm ərzində mənimlə davam etmək istəmələrinə bir qədər şübhəm yaranmışdı. Nəticələrimi görürdüm və özüm də narazı idim. Onları necə dəyişdirmək barədə fikirlərişirdik, amma alınmadı. Hətta müqavilənin sonuna qədər komandada qalacağıma da əmin deyildim. Son iki mövsümüm yaxşı keçmədi və komanda da mənə qarşı şübhələr yarandı”.
Xatırladaq ki, McLaren ilə müqaviləsi başa çatan və uzadılmayan Daniel gələn il əsas sürücü kimi peletonda yer almayacaq və Red Bull üçün ehtiyat sürücü kimi çalışacaq.