Rikkardo Ford-a kömək edib

Ford 2026-cı ildə Formula1-də Red Bull-un tərəfdaşı olacaq. Tərəflər artıq buna hazırlaşır, birgə proqram hazırlayır.

F-1.az xəbər verir ki, Ford idman rəhbəri Mark Raşbruk Speedcafe-ə müsahibəsində Daniel Rikkardonun məsləhətçi kimi prossesdə iştirak etdiyini deyib.

Mark Raşbruk: “Daniel Rikkardo unikal şəxs, fantastik insan, enerjili və məqsədyönlüdür. O, idmana qayıtmaq qərarı verdiyimiz bir zamanda müasir Formula1-i daha yaxşı tanımaqda bizə kömək edir.

Daniel şirkətimizlə, rəhbərliyimizlə, əməkdaşlarımızla qarşılıqlı əlaqədə olur. O, Dirborndakı bazamızı ziyarət edib. Biz Avstraliya Qran Prisi zamanı çox danışdıq, o vaxtdan bəri onunla daha çox vaxt keçirdik və bundan sonra da keçirəcəyik”.

Xatırladaq ki, avstraliyalı sürücü cari mövsümdə əsas pilot kimi çıxış etmir və ehtiyat sürücü obrazında Red Bull-a qayıdıb. Ford-un gəlişi və onlarla yaxın münasibəti Danieli Red Bull-un sükanı arxasına qaytara bilər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*