Rich Energy şirkəti Haas komandasının titul sponsoru olacaq

Adı Force İndia komandasının potensial alıcıları arasında hallanan Rich Energy şirkəti növbəti mövsümdə Haas komandasının titul tərəfdaşı olacaq - tərəflər uzunmüddətli müqavilə imzalayıblar.

F-1.az bildirir ki, komandanın maşınları Rich Energy şirkətinin rəng çalarlarına boyanacaqlar.

Günter Ştayner: “Rich Energy ilə müqavilə komandanın inkişafında daha bir addımdır. Bizə şirkətin marketoloqları ilə yeni ideyaların hazırlanması çox maraqlıdır – birlikdə Formula1-in reklam potensialını realizə etməyə çalışırıq”.

Uilyam Stori, Rich Energy-nin icraçı direktoru: “Biz Formula1-də Haas-ın rəsmi tərəfdaşı olmağa şadam. Bizi artıq formalaşmış bazara yeni ruh və nəfəs gətirmək istəyimiz birləşdirir. Biz rəqabətdən həzz alırıq və bu əməkdaşlıq bizə yeni perspektivlər açmalıdır.

Formula1 pemium məhsuldur, Haas-la tərəfdaşlıq bizim şirkət üçün dəyərli aktiv olacaq və bütün qlobal marketinq səylərimizin bazasına çevriləcək…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*