Rich Energy Force İndia-nı alır?

Britaniyalı enerji içkisi Rich Energy yaxın günlərdə Force İndia-nı satın ala bilər.

F-1.az xatırladır ki, Hindistan təmsilçisi 2018-ci ildə adını dəyişəcəyini bildirsə də, hələ bir xəbər yoxdur. Komanda rəsmiləri təkzib etsələr də, Force İndia-nım 200 milyon funt sterlinqə satılacağı iddia edilir. Britaniya mətbuatı isə xəbər verir ki, müqavilənin şərtləri artıq hazırdır.

Rich Energy bazarda Red Bull-a rəqib olmaq istəyir və bunu Formula1-də etmək istəyir. Şirkətin qurucusu Uilyams Stori belə danışıb: “Formula1 marka üçün mükəmməl platformadır. Avtoidman sürətli və cazibəli həyat tərzini təmsil edir. Bu hal Red Bull-un işinə yarayır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*