Force İndia komandasının başçısının müavini Robert Förnli təsdiq edib ki, komandanın rəhbərliyi Sutil və Byankinin namizədliklərini nəzərdən keçirsə də, hələ seçim etməyib…
Robert Förnli: “Yalnız ona təminat verə bilərəm ki, Melburna biz iki sürücü ilə gələcəyik! Gələn həftə qərar qəbul edəcəyikmi? Yaxşı olardı! Biz hər iki sürücüyə zəruri məsafə qət etmək üçün hər cür şrəait yaratmışıq, sonra toplanmış məlumatı səhmdarlarımıza təqdim edəcəyik – qərarı onlar qəbul edəcəklər.
Biz istəyirik ki, namizədlər bərabər şəraitdə olsunlar ki, maşına tam öyrəşə bilsinlər. Onlardan biri bizim sürücü olacaq, amma biz istəmirik ki, onlardan hansısa biri ədalətsizliklə üzləşsin. Adrian barədə əlimizdə kifayət qədər məlumat var, keçən həftə o, simulyatorda da işləyib. Düzdür, çoxdandır trasa çıxmır, amma hazırda bunun elə böyük əhəmiyyəti yoxdur.
Heyət barədə qərarı mən qəbul etmirəm. Mən bilirəm ki, onların hər ikisi əla sürücü və yaxşı adamdırlar. Adrian uzun müddət bizim bir hissəmiz olub, Jül isə keçən il bizimlə işləmişdi. Direktorlar şurası düzgün qərar qəbul etməlidir. Bir yerdə biz maşını yaxşı etməyə çalışırıq.”