F-1.az xatırladır ki, Britaniya komandası son iki ildə turnir cədvəlinin zirzəmisindən qurtula bilməyib.
Keçən il komandaya sponsor kimi gələn PKN Orlen də bir neçə gün əvvəl pis mövsümdən sonra Williams-dan ayrıldığını elan etmişdi. İndi də Unilever şirkətinə məxsus Rexona brendi Formula1-in ən titullu ikinci komandası ilə müqaviləni yeniləməyib.
Qeyd edək ki, dezodorant firması 2015-ci ildə Lotus-dan ayrılaraq, Williams-a keçmişdi. Bundan başqa bəzi xəbərlərə əsasən, Sportowe Fakty, Symantec, Omnitude və Tata brendləri də britaniyalılarla yollarını ayırıblar.