Rəsmilər Montsanın təqvimdə qalacağına ümidlərini itirmirlər

Əfsanəvi trasın Formula1-dəki gələcəyi sual altındadır. Bir ilə yaxındır ki, bu barədə olan söz-söhbətlər tükənmir.

F-1.az xəbər vermişdi ki, İmola trasının rəhbərliyi 2017-ci ildən etibarən İtaliya Qran Prisinə ev sahibliyi etmək üçün müqavilə imzalayıb. Lakin Ekklstoun müqavilənin özünə aid hissəsini İtaliya Avtomobil Klubunun (ACİ) razılığı olmadan imzalamır. ACİ-nin rəhbəri Ancelo Stikki Damyani isə məsələyə hələ də münasibət bildirməyib.

Berni Ekklstoun Montsanın siyasi səbəblərə görə təqvimdə qalmasının çətin olduğunu bildirmişdi. Lakin Lombardiya bölgəsinin rəhbərinin müavini Fabritsio Sala Formula1-in Montsada keçirilməsi fikrindən dönməyib: “Ekklstounun bu mövzunu siyasi məsələlərlə əlaqələndirməsi bizi məyus etdi. Biz üzərimizə düşəni etmişik. May ayında müqavilə üçün çatışmayan 5 milyon avroluq məbləği təşkil edəcəyimizi bildirmişik. Damyaninin də heç bir siyasi problemi olmadığı və təklifi FOM-a təqdim edəcəyini bildirməsinə görə şadıq. Ümid edirəm ki, məsələ qısa müddətdə öz həllini tapar. Montsa İtaliya Qran Prisinin bir parçasıdır və bu ənənənin pozulmasına imkan verə bilmərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*