F-1.az bildirir ki, almaniyalı mütəxəssis artıq 40 ildən çoxdur ki, abtoidmanda müxtəlif vəzifələrdə işləyib.
Williams Racing verdiyi açıqlamada Kapitonu rəhbər olaraq gətirdiklərini və 2021-ci ilin fevralından işə başlayacağını bildirib. Kapito Williams-ın prezidenti Matyu Savicə məlumat verəcək və şirkətin işindən məsul olacaq. Komandanın rəhbəri isə Simon Roberts olacaq.
Yos Kapito: “Bu komandaya qoşulmaq mənim üçün böyük şərəfdir. Bu tarixi komandanın bir hissəsi olmaq böyük qürurdur”.