Rəsmi: Red Bull və Toro Rosso-da rokirovka!

Bu barədə Red Bull komandasının saytında rəsmi məlumat verilib.

F-1.az xəbər vermişdi ki, Maks Ferstappenin Red Bull-a keçəcəyi, Daniil Kvyatın isə Toro Rosso-ya qaytarılacağı barədə şayiələr gəzir. Bir neçə dəqiqə əvvəl Red Bull Racing komandası web-saytı və twitter-dəki rəsmi bloqu vasitəsi ilə bu xəbəri təsdiq edib. Növbəti yarışda – İspaniya Qran Prisində  sözügedən dəyişiklik olacaq və ən azı mövsümün sonuna qədər belə qalacaq.

Kristian Horner: “Maks gənc və istedadlı sürücü olduğunu Toro Rosso-dakı çıxışı ilə isbat etdi. Ona Red Bull-da yarışmaq imkanı verə bildiyimiz üçün xoşbəxtik. Red Bull-un hər 4 sürücü ilə uzunmüddətli müqaviləsi var…

Daniil bizim üçün işləməkdə davam edəcək. O, yenidən öz yaxşı formasını bərpa etmək və potensialını göstərə bilmək üçün çıxışını Toro Rosso komandasında davam etdirəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*