Rəsmən: Zaydl McLaren-in yeni başçısı təyin olunub

McLaren komandası daha əvvəl WEC seriyasında Porsche komandasının rəhbəri olmuş Andreas Zaydlı komandanın başçısı vəzifəsinə gətirib.

F-1.az xatırladır ki, son podiumunu 2014-cü ilin Avstraliya yarışında qazanmış Britaniya təmsilçisi keçən ildən komandanın texniki heyətini dəyişməyə başlayıb.

Qeyd edək ki, Zaydl 2009-cu ilə qədər BMW Sauber komandasında işləmiş, daha sonra isə DTM-ə qayıdan BMW komandasının rəhbəri olmuşdu. Almaniyalı mütəxəssis daha sonra Porsche-nin LMP1 proqaramının rəhbəri olub və almaniyalı istehsalçı 2015-2017-ci illərdə 24 saatlıq Le Man marafonunun qalibi olub.

Andreas Zaydl: “Mənim üçün həm fəxrdir, həm də böyük mübarizə. Bunun üçün hazıram. McLaren-in tarixinə qatqım ola bilər və bu, məni ilhamlandırır. McLaren zirvəyə qayıtmaq üçün hər şeyə sahibdir. Mənim əsas vəzifəm bu olacaq”.

McLaren komandasının rəhbəri Zek Braun da bu təyinatdan razıdır: “Andreasın komandaya qoşulmasına görə sevincliyik. Bu müqavilənin bizim üçün iki vacib amili var. Birincisi zirvəyə qayıtmaq və idmanda uzun illər qalmaq. İkincisi isə Formula1 proqramına fokuslanmış birinə sahib olacağıq. Bu, McLaren-in avtoidmanın başqa seriyalarında yarışması üçün də vacibdir. Andreas işlədiyi yerlərdə uğurlu olub və çox istedadlı liderdir. Onunla işləmək üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*