Rəsmən: Zarko Ducati-dən ayrılacaq

Fransalı sürücü Yohan Zarko mövsümün sonunda Ducati və Pramac ilə yollarını ayıracaq.

F-1.az xatırladır ki, Yohan son 3 mövsümü Pramac komandasında keçirmişdi. Fransalı sürücü İtaliya komandasında 12 podium əldə edib və bəzi hallarda qələbəyə yaxın olub.

Pramac komandasının rəhbəri Paolo Kampinoti: “Yohanın böyük istedadına görə komanda irəliyə doğru böyük addımlar atıb və hazırda lider olmağımızın da səbəbi budur. Gələn il onu komandamızda görməyəcəyimiz üçün məyusam, amma ona uğurlar arzu edirəm. İndi isə onunla qalan yarışlardan həzz almaq istəyirik”.

Komandanın idarəçisi Cino Barsai: “Yohan kimi insan və sürücü ilə işləmək mənim üçün şərəf və zövq idi. Bu il başlayan işlərimiz növbəti mövsüm davam etməyəcək və buna görə məyusam.

İndi ilə noyabrın sonuna qədər çox yarış var. Bu qərar bizim hədəflərimizi dəyişdirmir. Ona gələcəkdə uğurlar arzu edirəm”.

Yohan Zarko: “Üç ili Pramac-da olmaqla Ducati-də dörd mövsüm keçirmişəm. Bir yerdə qazandığımız uğurlara görə çox xoşbəxtəm.

2021-ci ildə Çempionatı beşinci yerdə bağlamışdım və bu mənim MotoGP-dəki ən yaxşı nəticəmdir. Ancaq hədəfim bu il daha yaxşı nəticələr qazanmaqdır.

Mövsümün sonunda ayrılanda üzüm güləcək, çünki Ducati mənə çox şey qazandırdı. Bir yerdə böyük uğurlar üçün mübarizə apardıq.

Gələn il mənim üçün yeni mübarizə başlayacaq. Ancaq indiki hədəfim bu komanda ilə çempionatı yüksək yerdə bitirməkdir.

Bütün komandaya, Ducati-yə və bu illər ərzində mənlə işləyən hər kəsə təşəkkür edirəm. Hədəfim bu komanda ilə podiumda Fransa himni oxumaqdır”.

Qeyd edək ki, fransalı sürücü çox güman gələn il LCR Honda ilə yarışacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*