F-1.az xatırladır ki, yaponiyalı pilot iki həftə əvvəl başa çatan Formula2 çempionatında üç qələbə qazanaraq, üçüncü yeri tutub və super lisenziya alıb.
Beləliklə, Tsunoda 6 il əvvəl Formula1 karyerasını bitirən Kamui Kobayaşidən sonra idmana gələn ilk yaponiyalı sürücü olacaq.
Yuki Tsunoda: “Əksər yarışçılar kimi hədəfim Formula1-də yarışmaq idi və buna görə xoşbəxtəm. Mənə bu fürsəti verdikləri üçün AlphaTauri komandasına təşəkkür edirəm. Gələn il yaponiyalı Formula1 fanatlarının ümidlərini doğrultmağa çalışacağam”.
AlphaTauri komandasının rəhbəri Frants Tost isə bu sözləri əlavə edib: “O, komandamız üçün böyük dəyər olacaq”.
Beləliklə, Daniil Kvyat ikinci dəfə Formula1-dən ayrılacaq.