Rəsmən: Yeni reqlamentin tətbiqi 2022-ci ilə keçirilib

Komanda rəhbərlərinin, Formula-1 icraçı direktoru Çeyz Keri, idman direktoru Ross Braun və FİA-nın prezidenti Jan Todtun iştirakı ilə keçirilən görüşdən sonra gələn mövsüm üçün planlaşdırılan reqlament dəyişikliklərinin təxirə salınması təklifi qəbul edilib.

F-1.az bildirir ki, yeni reqlamentin 2022-ci ildə qüvvəyə minməsi qərara alınıb, kiçik detallarda razılaşmaq qalıb, amma bunun üçün tərəflərin kifayət qədər vaxt var. Növbəti mövsümdə komandalar 2020-ci ildəki maşınlardan istifadə edəcəklər.

Bu dəyişikliklərin əsas səbəbi koronavirus epidemiyası üzündən yarışların ləğvi və təxirə salınmasından sonra komandaların maddi itkisidir.

Sonda cari mövsüm üçün təqvim məsələsi də müzakirə edilib. Tərəflər təqvimin hadisələrin inkişafına uyğun tərtib olunmasına və maliyyə itkilərini minimuma endirmək üçün mümkün qədər çox yarış daxil edilməsinə dair razılığa gəliblər.

Formula1-də mövsümü “may ayından sonra ən qısa müddətdə” başlamağa ümid edirlər. Dünya çempionatı hesab ediləcək mövsümdə ən az səkkiz Qran Pri olmalıdır…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*