Rəsmən: Yeni reqlamenti 6 istehsalçı qəbul edib

FİA bu gün verdiyi açıqlamada bildirib ki, 6 istehsalçı yeni motor reqlamentini qəbul edib.

F-1.az xatırladır ki, Formula1 2026-cı ildə yeni güc qurğularına keçəcək. Formula1 trasdakı mübarizəyə mane olmadan sintetik yanacaqlara və elektrik motorlara keçməyi hədəfləyir.

Reqlamentə görə həm hazırda yarışan, həm də yeni istehsalçılarla danışıqlar davam edirdi. FİA cümə günü verdiyi açıqlamada bildirib ki, artıq 6 istehsalçı qeydiyyatdan keçib.

Bunların arasında idmana yeni gələn Audi və bu gün 19 ildən sonra qayıdacaqlarını elan edən Ford da var.

Honda-nın Red Bull ilə olan müqaviləsi 2025-ci ildə bitəcək. Yaponiyalı istehsalçının hələlik kiminlə işləyəcəyi məlum olmasa da, 2026-2030-cu illər üçün imzalanan motor müqaviləsində yerlərini alıblar.

Bunlardan başqa uzun müddətdir yeni motor reqlamentini qəbul etməyən Ferrari axır ki, FİA ilə razılaşıb.

2026-cı ildə idmanda bu istehsalçılar olacaqI

Alpine Racing
Audi
Ferrari S.p.A.
Honda Racing Corporation
Mercedes-AMG High Performance Powertrains Ltd.
Red Bull Ford

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*