Rəsmən: Xoan Mir İtaliyada yarışmayacaq

Honda komandasının sürücüsü Xoan Mir ikinci sərbəst yürüşlərdə qəz edib sağ əlini zədələdiyi üçün həftəsonunun qalan sessiyalarında iştirak edə bilməyəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mucellodakı ikinci sərbəst yürüşlərdə ilk döngədə qəza etmiş və günü bağlamışdı. Lakin o qəzadan sonra sağ əlini zədələyib.

Bu il Hondaya keçən 2020-ci ilin Dünya Çempionu yeni komandası ilə 12 dəfə qəza edib. Sağ əlini zədələyən Mir trasın quruluşuna görə yarışdan çəkilmək qərarı alıb.

Honda komandasından belə açıqlama gəlib: “Xoan Mir İtaliya Qran Prisinin ilk günündə müxtəlif çətinliklərlə qarşılaşdı. O, ikinci sərbəst yürüşlərin ortasında qəza edərk günü erkən bağladı. Vəziyyəti pis olan sürücümüz tezliklə müayinə olundu və sağ əlinin beşinci barmağında zədə aşkarlandı. Zədədən sonra Repsol honda komandası və Xoan Mir Mucellinun yüksək sürətli və çətin quruluşuna görə həftəsonunu bağlama qərarı aldılar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*