F-1.az xatırladır ki, ispaniyalı sürücü Argentinadakı sprint yarışının ilk dövrəsində ciddi qəza edib və tibbi mərkəzə aparılıb. O, zədələnməsə də, Amerika yarışına hazırlaşmaq üçün yarışdan çəkilməyə qərar verib.
Bu isə o deməkdir ki, Repsol Honda komandası Argentina yarışında olmaycaq. Çünki daha əvvəl Mark Markes qolunu qırdığı üçün bu həftəsonu yarışmayacağı dəqiq idi.
Honda komandası bu açıqlamanı verib: “Xoan Mir ilə birlikdə qərara gəldik ki, o bugünkü yarışda iştirak etməsin və Amerika yarışına hazırlaşsın”.
Beləliklə, Honda komandası 2021-ci ilin Valensiya yarışından sonra bir Qran Priyə qatılmayacaq. Bugünkü yarışda 17 sürücü olacaq və bu 2011-ci ildən sonra ən az iştirakçılı yarış deməkdir.