F-1.az xatırladır ki, Gulf 2022-ci ilin sonunda McLaren ilə yollarını ayırmış və onların adı Williams ilə hallanmağa başlamışdı. Nəhayət ki, bu iddialar bu gün öz təqdiqini tapıb.
Beləliklə, yeni mövsümdən Gulf-un loqotipləri həm kombinezonlarda, həm də bolidin üzərində olacaq.
Williams şirkətinin idarə heyətinin rəhbəri Mətyu Sevic: “Bu tərəfdaşlığa görə həyəcanlıyam. Gulf və Williams-ın məşhur avtoidman keçmişləri var. Buna görə də bu müqavilə ilə tarix yazırıq”.
Gulf şirkətinin idarə heyətinin rəhbəri Mayk Cons: “Gulf-un avtoidmanda qürurverici keçmişi var. Tərəfdaşlıqdan sonra çoxillik avtoidman təcrübəmizi Formula1 və Williams Racing ilə bölüşəcəyik. Tərəfdaşlığa görə bunları edə biləcəyik. Yeni başlanğıca görə həyəcanlıyıq”.