F-1.az xatırladır ki, Den Tiktum daha əvvəl Red Bull Sürücü Akademiyasından qovulmuş və Williams-a keçmişdi. Britaniyalı pilotun komanda ilə ilin sonuna kimi müqaviləsi var idi. Makau yarışının ikiqat qalibi simulyatorda işləyərək, bolidin inkişafına kömək edirdi. Gənc pilot həm də Formula2-də yarışır və hazırda lider Oskar Piastridən 19 xal geridə qalaraq, 4-cü yerdə qərarlaşıb.
Lakin Williams komandası onunla yollarını ayırıb. Komandadan verilən məlumata görə gənc sürücü artıq akademiyadan çıxarılıb. Bundan sonra Tiktum İnstaqram hesabı vasitəsilə açqılama verib və bildirib ki, 2022-ci ildə Williams-ın sürücü seçimi arasında olmadığı üçün oradan ayrılır.