F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası bu il Corc Rassel və Robert Kubitsa cütlüyü ilə yarışıb. Lakin Kubitsa gözlənilən performansı göstərə bilmədiyi üçün Williams onunla yolları ayırmaq qərarına gəlmişdi. Ancaq polşalı sürücünü kimin əvəzləyəcəyi hələ də məlum deyildi.
Williams komandası axır ki, gözlənilən açıqlamanı bu gün edərək, Nikolas Latifini transfer etdiyini bildirib. Qeyd edək ki, kanadalı sürücü 2014-cü ildən bəri Formula2-də çıxış edir və bu mövsüm ikinci yerdədir. Bundan başqa Latifi hazırda Williams-ın test sürücüsüdür və bir neçə dəfə sərbəst yürüşlərdə çıxış edib.