F-1.az xatırladır ki, Corc Rasselin ercedes-ə transferi dünən rəsmiləşib və o, növbəti mövsümdən etibarən “gümüşü oxlar”ın şərəfini qoruyacaq. Williams komandası isə 1 gün sonra Aleksander Elbonu transfer etdiklərini açıqlayıblar.
Qeyd edək ki, Aleksander Elbon 2019-cu ildə Toro Rosso (AlphaTauri) ilə debüt etmiş və mövsümün ortasında Red Bull-a keçmişdi. Lakin “qırmızı öküzlər”in heyətində istənilən performansı göstərə bilməyən taylandlı sürücü, 2020-ci ildə komandadan göndərilmişdi. Buna baxmayaraq, Red Bull 25 yaşlı pilotu yenidən idmana qaytarmaq istəyirdi və onların bu istəyi nəhayət ki, baş tutub. Beləliklə, Elbon növbəi mövsümdən Williams komandasının şərəfini qoruyacaq.
Aleksander Elbon: “Doğrudan da həyəcanlıyam və 2022-ci ildə Formula1-ə qayıtmaq üçün səbirsizliklə gözləyirəm. Formula1-ə bir il fasilə verdiyinizdə geri qayıtmaq çətin olur. Buna görə də mənə inandıqları üçün Red Bull və Williams komandalarına təşəkkür edirəm”.