Rəsmən: Vilyams ailəsi idmandan gedib

Vilyams ailəsi İtaliya yarışından sonra Formula1 komandasından tamamilə ayrılacaq.

F-1.az xatırladır ki, Willliams komandası bir neçə həftə əvvəl Dorilton Capital şirkətinə satılmışdı. Komandanın hazırkı rəhbəri Kler Uilyams idarə heyətinin qərarı ilə vəzifəsindən ayrılacaq. Onun yerinə kimin keçəcəyi isə hələ də müəmmalıdır.

Beləliklə, Vilyams ailəsi 43 il və 739 Qran Pri keçirdikdən sonra Formula1-dən ayrılmış olacaq.

Kler Uilyams: “Komandanın gələcəyi əmin əllərdədir. Artıq idmandan getmək vaxtıdır. 40 ildən çoxdur ki, idmanın içindəyik və həm uğurlarımıza, həm də qoyduğumuz mirasa görə qürurluyuq. Willliams adı əmin əllərdədir və o, yaşamağa davam edəcək. Bu, Willliams üçün ailə komandasının sonu ola bilər, lakin Willliams Racing üçün yeni dövr başlayır. Onlara uğurlar arzulayırıq. Bütün komandaya təşəkkür edirəm. Dəstəklərinə görə həm öz adımdan, həm də Frenkin adından təşəkkür edirəm.

Vəzifəmdən ayrıldığım üçün məyusam. Ümid edirdim ki, burada uzun müddət qalım və Vilyams ailəsinin mirasınə yaşadım. Ailəm həmişə yarış komandasını ön plana çəkmişdi və bu, doğru qərar idi. Həm Vilyamsın mirasını qorumaq, həm də komandanı zirvəyə daşımaq üçün doğru adamları tapdıq. Mən Dorilton-un yeni başlanğıc etməsini istəyirəm və buna görə də komandadan ayrılıram. Asan olmasa da, doğru qərardır. Bu komandada və Formula1 Dünyasında böyüdüyüm üçün xoşbəxtəm. Hər anından həzz alsam da, çətin idman növü idi. İndi isə başqa işlərlə məşğul olmalıyam. Ailəmlə də vaxt keçirə biləcəm. Dorilton-a isə dəstəklərinə görə təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*