F-1.az xatırladır ki, britaniyalı mütəxəssisin təyini yanvarın 13-də olsa da, müəyyən müddət kənarda gözləməli idi. Buna görə də o, fevralın 6-da 2023-cü il bolidinin təqdimatında iştirak etməmişdi.
Lakin Ceyms fevralın 20-dən yeni işinə başlayıb. O, bu həftə keçiriləcək qış testlərində komandanın rəhbər vəzifəsində olacaq.