F-1 xatırladır ki, Niko Rosberq gözlənilmədən karyerasını bitirmiş, çətin vəziyyətə düşmüş komanda onun üçün əvəzləyici axtarışına başlamışdı. İlk olaraq Niko Hülkeberq, Fernando Alonso və Paskal Verlyaynın adı Mercedes-lə hallansa da, sonradan onların Bottas ilə maraqlandığı bildirilmişdi.
Bu gün Verlyaynın Sauber-ə keçməsinin və Felipe Massanın Williams-a qayıtmasının rəsmən açıqlanmasından sonra bu xəbər gözlənilən idi.
Qeyd edək ki, Valtteri debütündən bəri ancaq Williams-da yarışmış, çıxdığı 77 yarışda 9 dəfə Podiuma yüksəlmişdi.