F-1.az bildirir ki, finlandiyalı sürücü Hinvil mərkəzli komanda ilə çoxillik müqvilə imzalayıb. O, Alfa Romeo-da yerlisi, 2007-ci ilin Dünya Çempionu Kimi Rəykköneni əvəzləyəcək.
Mercedes komandasında Valtteri Bottası gənc Corc Rasssellin əvəz etməsi və müqaviləni bu həftə ərzində açıqlanması gözlənilir.
Valtteri Bottas isə nisbətən tanıdığı mühitə gedir, çünki 2009 və 2010-cu illərdə Formula3-də yarışrkən onun komanda rəhbəri hazırda Alfa Romeo-nun rəhbəri olan Frederik Vassyör olub.
Valtteri Bottas: “Yarış karyeramda yeni bir səhifə açılır. İdmanın əfsanəvi markası ilə idmanda olacam. 2022-ci ildə Alfa Romeo-da yarışacağım üçün həyəcanlıyam. Alfa Romeo-nun təqdimata ehtiyacı yoxdur. Adlarını Formula1-in tarixinə qızıl hərflərlə yazıblar. Bu markanı təmsil etmək mənim üçün şərəfdir.
Hinvildəki baza çox potensiallıdır və komandanın inkişafına kömək edəcəyim üçün çox həyəcanlanıram. Mənə güvəndikləri üçün minnətdaram. Onların inamlarını doğrultmağı səbirsizliklə gözləyirəm. Qələbəyə acam. Frederik Vassyörü çox yaxşı tanıyıram. Komandanın digər üzvləri ilə də tanış olub işləmək üçün həyəcanlanıram.
Mercedes-dəki uğurlarıma görə də qürur duyuram. Növbəti mövsümü səbirsizliklə gözləyəcəm”.
Komandanın rəhbəri Frederik Vassyör: “Valtterini komandaya gətrimək mənim üçün böyük zövqdür. Onunla yola çıxmaq üçün səbirsizlənirəm. Əsl komanda oyunçusu gətiririk. Valtteri son illərdə idmanın tarixində yeni bir səhifə yazan komandanın ayrılmaz parçası idi. Adının arxasında dörd Mühəndislər Kuboku var. O, komandamızın önə getməsinə kömək edəcək.
Keçmişdən bizim münasibətimiz var. Onunla Formula3-də və GP3-də bir yerdə çıxış etmişik. İstedadına o vaxtdan bələdəm. İndi o, daha da inkişaf edib. Gələcək üçün həyəcanlıyıq”.