ABŞ-dan US F1 komandasının bazasının rəsmən bağlanması barədə məlumat alınıb. Amerikanın Charlotte Business Journal jurnalı US F1 komandasının hər bir əməkdaşının işdən çıxarılması barədə bildiriş almasını yazıb, bildirişdə komandanın başçısı Ken Anderson baş verənlərdə “ciddi iqtisadi çətinlikləri və maliyyələşdirmə problemlərini” səbəb göstərib.
Anderson, həmçinin, bildirib ki, komandanın keçmiş əməkdaşları yenidən işlə təmin oluna bilərlər, əgər komanda birdən yeni sərmayədar taparsa və işini bərpa edərsə, hərçənd, belə bir senarinin ehtimalı yüksək deyil.
Faktiki olaraq US F1-in Şarlottadakı bazası fevral ayından bağlanmışdı, bundan sonra komandanın doqquz əməkdaşı Şimali Karolina ştatının Əmək departamentinə əmək haqqı problemləri üzrə rəsmən müraciət edib.
Charlotte Business Journal xəbər verir ki, Andersonla əlaqə saxlamaq mümkün olmayıb…