Rəsmən: Türkiyə Qran Prisi ləğv olunub

Formula1 rəhbərliyi təqvimdəki dəyişikliyi rəsmən bəyan edib və Türkiyəni təqvimdən çıxararaq, yerinə ikinci Avstriya Qran Prisini əlavə edib.

F-1.az bildirir ki, Britaniya yoluxmaların sayının artmasına görə Türkiyəni qırmızı siyahıya almışdı. Bu qaydaya əsasən Türkiyədən Britaniyay gedən hər kəs 14 gün özünü təcrid etməli idi. Lakin 7 komandanın bazası Britaniyada yerləşdiyi üçün Türkiyənin təqvimdəki yeri təhlükəyə düşmüşdü.

Buna görə də Formula1 rəhbərliyi təqvimi yenidən qurmalı olub və Türkiyə Qran Prisi ləğv edilib. Ancaq Türkiyə tərəfi Çin kimi növbəti aylarda vəziyyət düzələndən sonra yarışı keçirmək istəyir. Buna görə də biz mövsümün sonlarında İstanbul Parkda yarış izləyə bilərik.

Türkiyə təqvimdən çıxarıldıqdan sonra Fransa Qran Prisinin tarixi 27 iyundan 20 iyuna çəkilib. Fransadan sonra komandalar Avstriyay gedəcəklər və burada keçən il olduğu kimi ardıcıl iki yarış keçiriləcək. İyunun 27-də Red Bull Rinq trasında Ştiriya, iki həftə sonra isə Avstriya Qran Priləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*