F-1.az xatırladır ki, yaponiyalı pilotun komandası ilə müqaviləsi ilin sonunda başa çatırdı. Lakin son dövrlərdə performansını artıran dəlisov gənc komanda rəhbərlərini gözünə girib və tərəflər daha birillik müqavilə bağlayıblar.
Yuki Tsunoda: “mənə fürsət verdikləri üçün Red Bull-a, Honda-ya, və AlphaTauri-yə təşəkkür edirəm. Keçən il İtaliyaya köçəndən sonra özümü komandanın bir parçası kimi hiss edirəm. 2023-cü ildə də onlar üçün yarıaşcağım üçün sevincliyəm.
2022-ci il bitməyib və orta qrupda mübarizə aparırıq. Buna görə də hazırda bu mövsümə köklənmişəm”.
Frants Tost: “Yuki çox istedadlı sürücüdür və bu il özünü təkmilləşdirdi. Son dövrlərdəki tempi ilə Formula1-də çox şey öyrəndiyini göstərir. 2022-ci ilin son 6 yarışında ondan çox şey gözləyirəm.
Həmişə demişəm. Bir sürücünün Formula1-i anlaması üçün ən az üç ilə ehtiyacı var. Buna görə də potensialını göstərməsi üçün ona vaxt verdik və sevincliyəm”.