Rəsmən: Toro Rosso-da Qasli və Hartli yarışacaqlar

Toro Rosso komandası verdiyi açıqlamada bildirib ki, Meksika Qran Prisində Brendon Hartli və Pyer Qasli cütü ilə yarışacaqlar.

F-1.az xatırladır ki, ABŞ yarışından əvvəl Sayns Renault komandasına keçmiş, Qasli isə Super Formula seriyasında son yarışına çıxmaq üçün Yaponiyada qalmışdı. Bu iki sürücünü müvafiq olaraq Kvyat və Hartli əvəz etmişdilər.

Rusiyalı sürücü ABŞ-da 10-cu olduğu halda, yeni zelandiyalı debütant 13-cü olmuşdu.

İtalyan komandası verdiyi açıqlamada bildirib ki, Rodriges qardaşları adına trasda keçiriləcək yarışda Qasli və Hartli yarışacaqlar. Kvyatın gələcəyi ilə bağlı heç bir açıqlama yoxdur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*