Rəsmən: Toro Roso Ostində Brendon Hartlini yarışdıracaq

İtalyan komanda ABŞ Qran Prisi üçün sürücü heyətini elan edib: Ostində Daniil Kvyatla yanaşı, yeni zelandiyalı Brendon Hartli çıxış edəcək. Pyer Qasli isə Super Formula yarışı üçün Yaponiyada olacaq.

F-1.az bildirir ki, Formula1-də debütünü gözləyən Brendonun Toro Rosso ilə iş təcrübəsi var – 2009-cu ildə komandanın heyətində testlərdə iştirak edib. Hartli ötən il bir çox çempionatlarda, o cümlədən, Renault 3.5, GP2 və dözümlülük yarışlarında çıxış edib. Son üç ildə WEC-də LMP1 kateqoriyasında Porsche-nin zavod komandasının tərkibində yarışıb. Bu il isə Timo Bernhard və Erl Bamberlə birlikdə 24 saatlıq Le Man marafonunun qalibi olub.

Brendon Hartli: “Mən izaholunmaz hisslər keçirirəm! Formula1-də yarışmaq mənim üçün sürpriz oldu. Çünki bu, mənim uşaqlıqdan arzum olub. Toro Rosso ilə işlədiyim dövrdə çox şey öyrənmişəm. Çox ağır dövrlədən keçmişəm, lakin onlar məni daha güclü və qətiyyətli ediblər. Red Bull-a arzumu reallaşdırdığı üçün təşəkkürümü bildirirəm. Porsche-yə də icazə verdiyi üçün minnətdaram. Ostindəki tras çox xoşuma gəlir və bu yaxınlarda orada çıxış etmişəm. Debüt yarışımda böyük gözləntilərim yoxdur, amma hazıram”.

Frants Tost: “Mən müxtəlif seriyalarda çıxış etmiş, uzun müddət Red Bull ailəsinin bir üzvü olmuş Brendon Hartlinin Ostində komandamızın tərkibində yarışacağını elan etməkdən məmnunluq duyuram. Brendon bu il Le Manda qalib gəlib, hazırda da 2015-ci ildə çempion olduğu WEC-də liderdir. Biz çox şadıq ki, o, komandamıza qayıdır. İllər ərzində çox təcrübə toplayıb və əminəm ki, işinin öhdəsindən yaxşı gələcək”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*