F-1.az xatırladır ki, Formula1 rəhbərliyi bu mövsüm 23 yarışlıq təqvim planlaşdırsa da, mövsüm başlamadan təqvimdə dəyişikliklər olmuşdu. Bəzi yarışlar ləğv olunmuş, bəziləri isə təxirə salınmışdı. Kanada, Sinqapur, Avstraliya və Yaponiya yarışları ləğv olunmuşdu.
Bu gün səhər komanda rəhbərləri toplnatı keçiriblər və 22 yarışlıq təqvim yayımlanıb. Noyabrın 19-21-də keçiriləcək yarış isə daha sonra açıqlanacaq. Bu yer yaxın şərqdən olan ölkələrdən birinə gedəcək. Əsas namizəd isə Qətərdir. Əgər orada yarış baş tutmasa, onun yerinə ən layiqli namizdə Bəhreyn görünür.
Beləliklə, bizi ardıcıl Meksika, Braziliya və Qətər yarışları gözləyir. Türkiyə isə Britaniyanın qırmızı siyahısında olmasına baxmayaraq, təqvimdən çıxarılmayıb. Əvəzində yarışın tarixi oktyabrın 3-dən 10-a keçirilib.
Sentyabrın 16-da Britaniyada karantin siyahısı yenilənəcək. Beləliklə, Formula1 Türkiyə yarışını bir həftə geri çəkməklə vaxt qazanıb.
Formula1 rəhbərliyi Ostində ikinci yarış keçirmək istəyirdi, amma ABŞ-da yoluma sayı artdığı üçün bu plan da baş tutmayıb. Bundan başqa Meksika və Braziliya da Britaniyanın qırmızı siyahısındadır. Amma Braziliyadan sonra komandaların yaxın şərqə gəlməsi problemi aradan qaldırır. Çünki komandalar Britaniyaya getməmişdən əvvəl ongünlük müddəti Qətərdə dolduracaq.
12. Belçika – 29 avqust
13. Niderland – 5 sentyabr
14. İtaliya – 12 sentyabr
15. Rusiya – 26 sentyabr
16. Türkiyə – 10 oktyabr
17. Amerika – 24 oktyabr
18. Meksika – 7 noyabr
19. Sao Paulo – 14 noyabr
20. Müəmmalıdır – 21 noyabr (Qətər/Bəhreyn)
21. Səudiyyə Ərəbistanı – 5 dekabr
22. Əbu Dabi – 12 dekabr