Rəsmən: A.Sutil Force İndia-nın ikinci sürücüsüdür!

Mövsümöncəsi testlərin sonuncu seriyasının ilk günü Force İndia komandası ikinci sürücüsünün adını bəyan edib – 2013-cü ildə Pol di Restanın […]

Mövsümöncəsi testlərin sonuncu seriyasının ilk günü Force İndia komandası ikinci sürücüsünün adını bəyan edib – 2013-cü ildə Pol di Restanın komanda yoldaşı Adrian Sutil olacaq.

Almaniyalı sürücü karyerasını elə Force İndia-da başlayıb – 2007-ci ildə komanda hələ Spyker adlanırdı. 2012-ci ildə sürücü müqaviləsiz qaldı və Şanxayda Erik Lyuksla insidentə görə bir il şərti həbs cəzası aldı. Ekspertlər hesab edirdilər ki, belə ciddi qalmaqaldan sonra Formula1-ə qayıtmaq mümkün deyil, amma Adrian qayıda bilib. Almaniyalı sürücünün müqaviləsi Force İndia komandasının gələn mövsümə Mercedes motorunu seçməsindən də xəbər verə bilər.

Vicey Malya, komandanın başçısı: “Sürücü heyəti barədə qərar qəbul eləmək elə də asan deyildi, son ayları biz bu məsələyə böyük diqqət ayırmışdıq və müəyyən dərəcədə riskə getdik, amma yekunda seçimi Adrianın üzərində saxladıq. Onun təcrübəsi və komanda ilə köhnə münasibətləri sayəsində biz qarşıdakı mövsümdə Force İndia-nın iddialarını maksimum reallaşdırmaq şansı qazandıq.

Əgər Adrian tezliklə 2011-ci ilin sonunda göstərdiyi förmaya qayıdarsa, komanda mövsümə keçən ilin sonunda qaldığı mövsüdən başlaya bilər.”

Adrian Sutil: “Mən Formula1-ə qayıtmağa çox şadam, xüsusən də kollektivini ən yaxşı tanıdığım komandaya, ona görə də Force İndia-ya bu şansa görə minnətdarlıq etmək istəyirəm. Bir il yarışlarda iştirak etməmişəm və indi qarşıya qoyulan məqsədə çatmaq üçün motivasiyam aşıb daşır.

Keçən həftə testlərdə hər şey əla keçdi – hətta mənə elə gəldi ki, birillik fasilə olmayıb. Formula1 maşınını idarə etmək mənim üçün təbii prosesdir, mən tezliklə əvvəlki sürətimi göstərəcəm və VJM06-nın potensialını açmağa çalışacam. İndi mən sonuncu testlərdən maksimum yararlanmalıyam, daha sonra simulyatorda işləyəcəm ki, Avstraliya Qran Prisinə yaxşı formada hazır olum.”

Adrian testlərdə cümə və şənbə günləri işləyəcək, bazar günü isə Pol di Resta sükan arxasına qayıdacaq…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*