F-1.az xatırladır ki, kanadalı sürücü Sinqapur Qran Prisinin ikinci sessiyasına qalmaq üçün mübarizə apararkən qəza edib. O, son döngədə maşının idarəetməsini itirərək, sağ tərəfdəki bariyerlərə çırpılıb. Zərbənin təsiri ilə maşın zədələnib və Stroll tibbi mərkəzə aparılıb. Müayinələrdən sonra məlum olub ki, Stroll yaxşıdır, amma maşında zədə çox olduğundan onun bazar günü yarışıb-yarışmayacağı məlum deyildi.
Lakin Aston Martin komandası Strollun ağrılarına görə onun bu gün yarışmayacağını açqılayıb. Bundan başqa boliddə təmiri mümkün olmayan problem var.
Bu barədə komandanın rəhbəri Mayk Krak danışıb: “Dünənki qəzadan sonra onun maşından düşməsi hamımızı rahatlatdı, amma qəzanın təsiri davam edir. Hazırda əsas hədəfimiz onun tez sağalmasıdır. Bu yarışa qatılmayıb, növbəti Yaponiya Qran Prisinə fokuslanacağıq”.
Aston Martin komandasını bugünkü yarışda yalnız Fernando Alonso təmsil edəcək.