Rəsmən: Stroll Bəhreyndə yarışacaq

Aston Martin komandasının sürücüsü Ləns Stroll bu həftəsonu Bəhreyndə yarışacaq.

F-1.az xatırladır ki, kanadalı sürücü İspaniyada velosiped sürərkən qəza keçirib və biləyini zədələmişdi. Bundan sonra onu əməliyyat etmişdilər. Buan görə də əksəriyyət düşünürdü ki, 24 yaşlı pilot qış testlərində iştirak etməmişdi. Onun Bəhreyndəki yarışda da olmayacağı düşünülürdü.

Lakin bu gün verilən açıqlamada bildirilib ki, Ləns ilk yarışda iştirak edəcək: “Aston MArtin komandası sevinclə bildirir ki, Ləns Stroll Bəhreyn Qran Prisində çıxış edəcək”.

Ləns Stroll: “Mövsümöncəsi testləri buraxmaq əsəbpozucu idi. Çox məyusam. Lakin bilətyimdəki zədəyə baxanda düşündüm ki, uzun mövsümə fokuslanmaq daha düzgün olar.

Bəxtim gətrimədi. Təkərim bir çuxura düşdü və velosipeddən yıxıldım. Zədə elə də böyük deyildi və sağ biləyimdə kiçik əməliyyatla problemi həll etdik. Ondan sonra komanda ilə sıx işləməyə başladım”.

Hər ehtimala qarşı Stoffel Vandorn və Felipe Druqoviç də boksda gözləyəcəklər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*