“Şon 3 illik fəaliyyətindən sonra ABŞ-a, ailəsinin yanına qayıtmağa və həyatında yeni səhifə açmağa qərar verdi”, – deyə mətbuat xidmətinin yazdığı relizdə bildirilib.
F-1.az xəbər verir ki, Bratçes özü isə vəzifəsindən ayrılması ilə bunları bildirib: “Formula1-dəki işim inanılmaz bir səyahət idi və bundan tam məmnun qaldım. Komandaya bütün səylərinə və fədakarlığına görə şəxsən təşəkkür etmək istəyirəm. Formula1-i 2017-ci illə müqayisədə indi daha yaxşı vəziyyətdə qoyub getdiyim üçün özümlə fəxr edirəm”.
Qeyd edək ki, Şon Bratçes Formula1-də kommersiya direktoru vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.