Rəsmən: Sirotkin Williams-da çıxış edəcək

Williams komandası Sergey Sirotkinlə müqavilə bağladığını elan edib - rusiyalı sürücü cari mövsümdə Ləns Strollun komanda yoldaşı olacaq.

F-1.az bildirir ki, Sirotkin FW40-ın sükanı arxasına ilk dəfə Əbu Dabidə təkər testlərində keçib. Onun çıxışı komandaya xoş təsir bağışlayıb və bu qərarın qəbul olunmasında vacib rol oynayıb. O, Formula1-ə qədər yaxşı karyeraya sahibdir. SMP Racing-in sürücülər proqramının üzvü olan Sergey 2015-ci ildə debüt etdiyi GP2-də yekunda üçüncü yeri tutub. 2016-cı ildə Renault-nun test sürücüsü kimi Formula1-ə ilk addımlarını atan sürücü bu uğurunu təkrarlayıb. Geridə qoyduğumuz ildə Renault-nun test sürücüsü kimi dörd sərbəst yürüşdə komandasına kömək edib, Bəhreyndəki mövsümiçi testlərdə isə yaxşı təcrübə toplayıb.

Sergey Sirotkin: “Williams kimi məşhur bir komandanın üzvü olduğum üçün xoşbəxtəm və duyğularımı dilə gətirməyə sözlər kifayət etmir. Buna nail olmaq üçün çox çalışmalı oldum və mənə kömək edən hər kəsə təşəkkür edirəm. Bizim ümumi səylərimizin nəticəsində bu xəyalım reallaşdı və komanda mənə güvənə bilər: Məndən asılı olan hər şeyi edəcəm”.

Ləns Stroll: “Hər şeydən əvvəl, Sergeyin komandaya gəlməsini məmnuniyyətlə qarşıladım və komanda yoldaşım olmasına sevindim. Onu tanıyıram və əminəm ki, birlikdə yaxşı işləyəcəyik. Debüt mövsümündə yarışmaqdan çox zövü aldım və unudulmaz anlarım oldu. Bəzi cəhətlərimi bu il inkişaf etdirməliyəm. FW41-in sükanı arxasında oturmaq üçün Barselonadakı testlərin startını səbirsizliklə gözləyirəm”.

Kler Uilyams: “Sürücülərin intensiv qiymətləndirilməsi prossesi başa çatdı. Biz şadıq ki, 2018-ci il üçün olan sürücü heyəti artıq məlumdur. Mövsümün bizə nələr gətirəcəyini görmək maraqlı olacaq. Bizə bütün mümkün variantları nəzərdən keçirmək üçün çox vaxt lazım oldu. Əminik ki, Ləns və Sergey əla çıxış edəcəklər. Williams-ın fəlsəfəsi həmişə gənc və istedadlı sürücüləri yetişdirmək olub ki, Sergey də bu göstəricilərə malikdir. Lənsin debütü çox uğurlu alındı, hazırda bir illik təcrübəsi var və növbəti mövsümə hazırdır. Komanda istedadlı sürücülər tərəfindən təmsil olunacaq və yaxşı nəticələr qazanacağımıza əminik”.

Pəddi Lou: “Sürücülərin qiymətləndirilməsi prossesi hərtərəfli və müfəssəl olub. Nəticədə Sergeyin istedad və sürətindın, istər komandanın bazasında, istərsə də Əbu Dabidəki testlərdə texniki hazırlığından və işə münasibətindən təsirləndik. Mən onun növbəti mövsüm Lənsin komanda yoldaşı olacağına şadam. Stroll artıq ikinci ildir ki, bizimlə çalışır. Debüt mövsümündə uğurla çıxış edib. Hazırda gözəl heyətimiz var və inanırıq ki, FW41 onlara potensiallarını göstərməyə imkan verəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*