Rəsmən: Siril Abitebul Hyundai Motorsports-un rəhbəri olub

Renault Formula1 komandasınn sabiq rəhbəri siril abitebul gələn ildən Hyundai Motorsports-un rəhbəri olacaq.

F-1.az xatırladır ki, Siril 2020-ci ilin sonunda Renault-dan ayrılmış və son iki ildə Formula2 və Formula3-ə motor istehsal edən Mecachrome-da məsləhətçilik etmişdi.

Fransalı mütəxəssis gələn ildən Hyundai=ın həm WRC, həm də touring car proqramlarına rəhbərlik edəcək.

Qeyd edək ki, Abitebulun avtoidmanda böyük təcrübəsi var. O, avtoidmandakı karyerasına 2001-ci ildə Renault-da başlayıb və daha sonra 2012-ci ildə Caterham-a komanda rəhbəri kimi transfer olunub. 2017-ci ildən 2020-ci ilə qədər isə Renault komandasının rəhbəri olub.

Uzun illər Formula1-də işləmiş Siril üçün Ralli yeni təcrübədir. Görək fransalı yeni iş yerində uğurlu olacaqmı?

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*