F-1.az xatırladır ki, Abitebul 2021-ci il mövsümündən sonra Renault-dan ayrılmış F2 və F3-ü motorla təmin edən Mecachrom Motorsport-un məsləhətçisi kimi işləməyə başlamışdı.
Hyundai isə 2021-ci ildə ayrılan Andrea Adamonun əvəzinə adam axtarırdı. Onlar üçün ən yaxşı namizəd Siril Abitebul idi. Danışıqlar da müsbət yöndə gedirdi.
Siril Abitebul: “Yeni mövsümdən etibarən Hyundai Motorsport-un rəhbəri olacam və sevincliyəm. Hyndai başqa sahələrdə olduğu kim avtoidmanda da təmkinlə yüksəlməyə davam edir.
Bunun bir hissəsi olmaq və bütün proqramı idarə etmək məni həyəcanlandırır. Ralli kimi bir idmanın içində olmaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Abitebul 2012-2014-cü illərdə Caterham F1 komandasının, 2017-2020-ci illərdə isə Renault Formula1 komandasının rəhbəri olmuşdu.