Rəsmən: Sinqapur yarışı ləğv edilib

Sinqapur Qran Prisinin təşkilatçıları koronavirusa görə yaranan səyahət məhdudiyyətinə görə tədbiri ləğv ediblər.

F-1.az xatırladır ki, Marina Baydakı yarışın oktyabrın 3-ü keçirilməsi planlaşdırılırdı. Lakin Covid-19 pandemiyasından sonra ölkədə təhlükəsizlik və loqistika problemləri yaranıb. Buna görə də tədbir ləğv edilib.

Sinqapur Qran Prisinin rəhbər köməkçisi Kolin Sin bu barədə belə danışıb: “Bilirik ki, azarkeşlər Sinqapur yarışını səbirsizliklə gözləyirlər. Ardıcıl iki yarışı ləğv etmək çox çətindir, ancaq məhdudiyyətlərə görə bu qərarı almalı olduq”.

Qeyd edək ki, Sinqapur Qran Prisinin yerinə Türkiyə, Çin və Amerikada ikinci bir yarış namizəddir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*