Rəsmən: Silverstoun 2024-cü ilə qədər təqvimdə qalacaq

Əfsanəvi trasda yarışlar keçirilməyə davam edəcək - bu barədə məlumat bu gün Çeyz Keri, trasın direktoru Stüart Prinql və Britaniya Sürücülər Klubunun (BRDC) başçısı Con Qrantın iştirak etdiyi mətbuat konfransında verilib.

F-1.az bildirir ki, yeni müqaviləyə əsasən, Silverstoun trası 2024-cü ilə qədər Britaniya Qran Prisinə ev sahibliyi edəcək.

Çeyz Keri: “Formula1-in gələcəyi üçün tarixi trasları qorumağın vacibliyini hər zaman qeyd etmişik. Silverstoun bu idmanın beşiyi, başlanğıc nöqtəsidir. İlk yarış 1950-ci ildə burada baş tutub.

Hazırda Formula1 yarışları dünyanın demək olar ki, hər yerində keçirilir və tamaşaçı auditoriyası 500 milyondan çoxdur. Bizim məqsədimiz təqvimə yeni ölkələr və traslar əlavə etməkdən ibarət deyil, həm də bu idmanın köklərini qorumalıyıq. Silverstoun və Britaniya Qran Prisi də bu planımızın ayrılmaz parçalarındandır”.

Con Qrant: “Silverstoun təqvimin əsas yarışlarından biridir, bundan imtina etmək idman və tamaşaçılar üçün çox pis olardı. Yeni müqavilənin imzalanması BRDC, Formula1 və milyonlarla britaniyalı azarkeş üçün gözəl xəbərdir”.

Qeyd edək ki, tərəflərin yeni müqavilə barədə müzakirəsi 2 ildir ki, davam edirdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*